AHİK sədri Səttar Möhbalıyev Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin yubiley tədbirində iştirak edib
Fevralın 24-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Otuzillik yubiley münasibətilə daimi nümayəndəliyin kollektivini və tədbirdə iştirak edən qonaqları təbrik edən Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov giriş nitqi ilə tədbiri açaraq rəhbərlik etdiyi daimi nümayəndəliyin yaranma tarixi, keçdiyi çətin və mürəkkəb yol, fəaliyyət istiqamətləri barədə ətraflı çıxış edib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev çıxışında Naxçıvanın geosiyasi mövqeyi, blokada şəraitində yaşadığı üçün respublikamızın paytaxtı ilə əlaqələrinin yaradılmasında rahatlığın təmin olunması məqsədilə yaradılan Daimi Nümayəndəliyi, doğrudan da, ulu öndər Heydər Əliyevin böyük mənaya malik olan əsəri kimi dəyərləndirib. Prezident İlham Əliyevin və Vasif Talıbovun müasir Naxçıvanın inkişafında xüsusi xidmətlərini yada salan AHİK sədri Naxçıvanın daimi nümayəndəliyinin respublikamızda çoxşaxəli fəaliyyətini, onun nüfuzunun artmasını ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti ilə əlaqələndirib. Deputat eyni zamanda 30 illik yubiley münasibətilə kollektivi təbrik edib.

Bizimlə əlaqə

© 2022 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo